Abşeronda yeni yaşayış məntəqələri kabelləşdirilir
Abşeron Telekommunikasiya Qovşağı (TKQ) Masazır qəsəbəsində yerləşən "Qurtuluş-93" adlı yaşayış sahəsində "Gigabit tutumlu passiv optik şəbəkə" (GPON) pilot layihəsini davam etdirir.
Belə ki, yaşayış sahəsindəki 14 ədəd 4 və 5 mərtəbəli bina üzrə 305 mənzilə fiber-optik liflərin qoşulması üçün fiber-optik paylayıcı qutuların və paylayıcı kanalların quraşdırılması işləri həyata keçirilib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Abşeron TKQ-nın rəis əvəzi Sahib Əliyev məlumat verib.
Onun sözlərinə görə, qəsəbə ərazisində 3008 NN-lik yeni elektron ATS-in quraşdırılması üçün bina artıq tam hazır vəziyyətdədir: "Bu ayın sonuna kimi EATS avadanlıqlarının Sloveniyanın "İSKRATEL" şirkətindən Bakıya göndərilməsi gözlənilir. Hal-hazırda bu yeni yaşayış sahəsində "GPON" pilot layihəsi və yeni xətt şəbəkələri üçün telefon kabel-kanalizasiya qurğularının tikintisi işləri davam edir".
Həqiqət
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL