waplog

Sərhəddə avtomatlaşdırılmış nəzarət sistemi quraşdırılıb


Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq proqramı çərçivəsində "Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi" layihəsi üzrə nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında yerləşən meteoroloji stansiyalarda radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılıb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda monitorinq məlumatları hər yarım saatdan bir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL