“İlin müəllimləri”nin 47%-i İKT üzrə təlimlərdən keçib
2008-2010-cu illərdə “İlin müəllimi” adını daşıyan müəllimlərin 47%-i informasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi üzrə təlimlərdən keçib. “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarovun sözlərinə əsasən, treninqlər “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Mədəd” təşkilatı tərəfindən keçirilir.
V.Xanlarov qeyd edib ki, hər il “İlin müəllimi” müsabiqəsinin 95 qalibi olur. Onlardan 35 müəllim 2008-ci ildə, 48 müəllim 2009-cu ildə, 50 müəllim isə 2010-cu ildə Dövlət Proqramı çərçivəsində “Mədəd” təşkilatının təlimlərində iştirak edib.
Hazırda “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Mədəd” təşkilatı tərəfindən keçirilən təlimlərdə 40 mindən artıq müəllim iştirak edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL