waplog

Tezliklə eynək şəklində hazırlanacaq kompyuter test ediləcək


"Digit.ru" saytının məlumatına əsasən, "Google" şirkəti tezliklə quraşdırılmış  kompyuterlə olan xüsusi eynəyin sınağına başlaya bilər. Eynəyin şüşələrindən biri ekran rolunu oynayacaq. Bu barədə  "9to5Google" saytı məlumat yayıb.

Belə qurğunun hazırlanması haqqında ilk dəfə 2011-ci ilin sonunda məlum olub. "The New York Times" qəzeti o zaman yazmışdı ki, internet-nəhəng əvvəllər "Nokia" və "Apple" şirkətlərində çalışmış əməkdaşları işə qəbul edir. Bu texnoloji yenilik haqqında rəsmi informasiya hələ ki yoxdur.

"9to5Google" müəlliflərinin fikrincə, "Google" şirkətinin daşınan kompyuterlər sinfinə aid olan məhsulu 1 QHz takt tezlikli prosessor, 256 Mbayt əməli yaddaş və məlumatların saxlanılması üçün 8 Qiqabayt yaddaş ilə təchiz olunacaq.

Eynəyi baş hərəkətləri və səs əmrləri vasitəsi ilə idarə etmək mümkün olacaq. Qurğuya, həmçinin kamera quraşdırılacaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL