waplog

“Nokia 801” sonuncu “Symbian” smartfon olacaq?


"Onliner.by" resursunun məlumatına əsasən, "Smartphone Geeks" saytı xəbər verib ki, "Nokia" şirkəti "Nokia Belle" (əvvəllər "Symbian Belle" kimi tanınıb) əməliyyat sistemi ilə işləyən "801" smartfonunun təqdimatını  hazırlayır. Bundan əvvəl bildirilmişdi ki, Finlandiya istehsalçısı bütün "Symbian" qurğu hazırlamalarını dayandırıb və yalnız bir model istehsal edəcək.

Təsdiqlənməmiş informasiyaya görə, "Nokia 801" smartfonu 4 düymlü  640x360 piksel təsvir ölçülü "AMOLED" ekran, 1.4 QHz takt tezlikli prosessor, 512 MB əməli yaddaş, "NFC" modulu və "1080p" formatında videoyazma imkanına malik 12 meqapiksel kamera ilə təchiz edilib.Smartfonun nümayişi, xarici "Lumia 800"-ə çox oxşar, yaxın vaxtlarda olmalıdır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL