"Cisco" şirkəti son rübün hesabatını verib
Dünyanın ən böyük şəbəkə avadanlığı istehsalçısı olan "Cisco" şirkəti rüblük hesabatını dərc edib.
Yanvar ayının 28-də bitmiş ikinci maliyyə rübündə şirkətin təmiz mənfəəti 2,18 milyard dollara və ya 1 səhm üçün 40 sentə qədər artıb. Halbuki 1 il əvvəl bu göstərici 1,52 milyard dollar və ya 1 səhm üçün 27 sent təşkil etmişdi. Şirkətin əməliyyat gəliri 1 səhm üçün 47 sent təşkil edib.
"Cisco" şirkətinin baş direktoru Con Çembers keçən il ixtisarlar, şirkətin daha gəlirli istiqamətlərə təmərküzü haqqında elan edərək yenidən strukturlaşdırma üzrə irimiqyaslı layihəyə başlayıb.
Atılan bu addımlar nəticəsində "Cisco" şirkəti şəbəkə avadanlığının qiymətini azaldaraq rəqiblərə təzyiq göstərib və öz satışlarını artırıb. Hesabat rübündə xidmət-provayderlərdən sifariş həcmləri 12% artıb.
Həmçinin hesabat rübündə "Cisco" şirkətinin mədaxili 11% artaraq 11.5 milyard dollar təşkil edib.
Con Çembers bildirib ki, hazırda şirkət şəbəkə bazarında itirilmiş mövqeyini geri qaytarmaq üçün aktiv marketinq siyasətinə başlayır.
cybersecurity.ru/consulting/143776.html
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL