Aparatın 5 düymlü sensor ekrana malik olacağı bildirilib. Ekranın təsvir ölçüsü 1024×768 nöqtə təşkil edəcək.
Qurğunun əsasını 1.5 QHz takt tezliyində işləyən ikinüvəli "Qualcomm WPQ8060" prosessoru təşkil edəcək. İlkin məlumatlara görə, smartfon 1 Qb əməli yaddaşa, 8 QB tutuma malik fləş daşıyıcıya, 8 meqapiksel matrisli arxa kameraya, "Wi-Fi" və "Bluetooth" simsiz əlaqə modullarına, "GPS" qəbuledicisinə və "NFC" çipinə malik olacaq.
Əməliyyat sistemi kimi "Android 2.3 (Gingerbread)" quraşdırılacaq. "Optimus Vu" smartfonunun "Mobile World Congress 2012" (27 fevral - 1 mart; Barselona, İspaniya) sərgisində təqdim ediləcəyi gözlənilir.