waplog

“Gartner": İT bazarının inkişafı proqnozları ötüb keçir


Gartner şirkəti tərəfindən keçirilən növbəti tədqiqatın nəticələrinə görə, dünya İT bazarı 7,1% artacaq. Bundan əvvəl isə Gartner” 5,6% artım proqnozlaşdırırdı. “Bu hal bizi bir qədər təəccübləndirdi. Çünki biz güman edirdik ki, Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində təchizatların dayandırılması dünya İT bazarına daha güclü təsir edəcək. Lakin bu təbii fəlakətlərin bazara etdiyi təsir elə də güclü olmayıb. Bizim fikrimizcə, 2011-ci ildə Yaponiyanın özündə İT bazarı bir qədər azalacaq. Lakin ilin ikinci yarısından başlayaraq İT bazarında artım müşahidə olunacaq və 2012-ci ildə də bu artım davam edəcək - deyə, “Gartner” şirkətinin vitse-prezidenti Ricard Gordon bildirib.
   Gartner şirkətinin proqnozuna görə, 2011-ci ildə İT xidmətlər seqmenti 846 milyard dollara çatacaq. Bu da keçən ilin göstəricisindən 6,6% yüksəkdir. Daha yüksək artım - 11,7% qurğu təminatı seqmentində gözlənilir. Açıq “bulud” serverlərə miqrasiya nəticəsində istehlakçıların bu seqmentdə xərclərinin sürəti İT bazarına nisbətən dörd dəfə artacaq. “Gartner” şirkətinin proqnozuna görə, “bulud” hesablamalar seqmenti 2011-ci ildə 89 milyard dollara qədər artacaq. Halbuki 2010-cu ildə bu seqment qlobal İT bazarının cəmi 2%-nı təşkil edirdi. 2015-ci ildə isə onun payı 5%-dək artacaq.
“Bulud” xidmətlərinin inkişafı bəzi bazarlara güclü təsir göstərən vacib tendensiyadır. Məsələn, “SaaS” seqmentinin həcmi hal-hazırda 10 milyard dollar təşkil edir. Bu isə müəssisələrin proqram təminatının əldə edilməsilə bağlı xərclərinin 10%-i deməkdir. Lakin 2015-ci ildə bu pay 15%-dək artacaq və illik 20 milyard dollar həcmi ötüb keçəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL