waplog

BMT ilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi ilə bağlı məsləhətləşmələr keçirilib


Azərbaycan nümayəndə heyəti yanvarın 30-dan  fevralın 3-nə qədər  Nyu-Yorkda səfərdə olub. Nümayəndə heyətinin tərkibi Xarici İşlər , Rabitə və İnformasiya Texnologiyaları nazirliklərini  təmsil edən şəxslərdən ibarət olub.

Xarici İşlər  Nazirliyinin mətbuat xidmətindən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, səfərin məqsədi regionda informasiya və kommunikasiya infrastrukturunun  inkişafına yönəldilmiş "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin həyata keçirilməsi istiqamətində görülmüş işlər haqqında məlumatlandırmanı artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri ilə ikitərəfli məsləhətləşmələr keçirmək olub.

Qeyd edilməlidir ki, 2009-cu ildə ölkəmizin təşəbbüsü ilə TASİM layihəsi üzrə BMT Baş Assambleyasında irəli sürülmüş qətnamə layihəsi yekdilliklə qəbul edilmiş və qətnaməyə əsasən Azərbaycan hökumətinə layihənin həyata keçirilməsi üzrə regional səviyyədə səylərin əlaqələndirilməsi tapşırılıb.


 
SEYMUR 
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL