“Kodak” şirkəti fotoaparat və kamera istehsalını dayandırdı
“Eastman Kodak” şirkəti fevral ayının 9-u tarixində rəqəmli fotoaparat, yığcam videokamera və rəqəmli videoçərçivə istehsalının dayandırılması haqqında bildirib. Bu qərar “Kodak”-ın fotoaparat istehsalçısı və fotoqrafiya üçün həllər hazırlayan şirkət kimi sonu deməkdir. Qeyd edim ki, Nyu-York şirkəti 100 il əvvəl məhz bu biznes ilə öz fəaliyyətinə başlayıb.
Şirkətin əsası 1880-ci ildə Corc İstman tərəfindən qoyulub, “Brownie” və “İnstamatic” fotoaparatları, həmçinin daxilində fotolent olan sarı-qırmızı qutular sayəsində dünya şöhrəti qazanıb. Mütəxəssislər bildiriblər ki, “Kodak” şirkəti biznesdə mövqeyini ilk dəfə 90-cı illərdə, faktiki olaraq yapon istehsalçısı ilə rəqabət mübarizəsində uduzduqda əldən vermişdi.
Məlumat üçün qeyd edim ki, “Kodak” şirkətinə yanvar ayının sonunda məhkəmənin qərarına əsasən, zərərə məruz qalmış müəssisənin tam bərpa olunması və şirkətin borclarının ödənməsinə kömək edəcək konkret planın yaradılması üçün 1 ildən çox müddət verilib.
“Kodak” şirkəti isə elan edib ki, hətta xərclərin azalması və müəssisənin yenidən strukturlaşdırılması üzrə səylərdən sonra belə şirkət pulsuz qalır və adi rejimdə işləməyə davam edə bilmir.
http://cybersecurity.ru/hard/143867.html
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL