“Azevrotel” MMC-nin telefon rabitəsi üzrə şəbəkə tutumu 50 000 nömrəyə çatdırılıb
“Azevrotel” MMC-nin “504” və “505” indeksli nömrə resursları istifadəyə verilməklə MMC-nin telefon rabitəsi üzrə şəbəkə tutumu 20 000 nömrə artırılıb və 50 000 nömrəyə çatdırılıb. Bu barədə MMC-nin texniki məsələlər üzrə direktor müavini Eynulla Alquliyev “İCTnews” elektron xəbər xidmətinə məlumat verib.
Onun sözlərinə görə, hazırda RİTN-in və BTRİB-in müvafiq qərarlarının yerinə yetirilməsi üçün, eləcə də şəbəkənin genişləndirilməsi və rekonstruksiyası, yeni müasir texnologiyaların və xidmətlərin tətbiqi, investisiyanın cəlb edilməsi üzrə MMC tərəfindən tədbirlər planı hazırlanıb və onun həyata keçirilməsi üçün əməli tədbirlər görülür.
“Azevrotel” MMC gələcəkdə Bakı şəhəri və Abşeron yarımadası ərazisindən başqa respublikanın digər regionlarında da mövcud lisenziyaya uyğun olaraq fəaliyyət göstərməyi, o cümlədən işğaldan azad olunacaq rayonların rabitəsinin bərpasında aktiv iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, MMC hal-hazırda elektron-rəqəm tipli EATS – 492/497/437/504/505 stansiyasını istismar edərək Bakı şəhəri və Abşeron yarımadası ərazisində abunəçilərə müasir standartlara cavab verən telekommunikasiya və informasiya texnologiyaları (İT) xidmətləri göstərir.
Cahangir
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL