Kompyuterlərdə şifrə əvəzinə insan ürəyinin ritmindən istifadə olunacaq
Tayvan mühəndisləri və proqramçıları bu və ya digər hesablama sistemlərində istifadəçilərin autentifikasiyası proseduruna yenidən baxmağı təklif edirlər. Bunun üçün əvvəlcə şifrələr, sonra smart-kartlar, daha sonra biometrik sistemlər tətbiq olunub. Hazırda isə şifrə kimi istifadəçinin ürəyindən, daha dəqiq ürək ritmindən istifadə etmək təklif edilir.
Tayvanın Çjunsin şəhərində yerləşən Milli universitetin mühəndisi Çun-Lyan Lin bildirib ki, hər bir insan ürəyinin ritmi – bu, bir növ unikal identifikatordur. Çünki tamamilə oxşar fəaliyyət göstərən iki ürək əzələsi yoxdur. Səs, yığılma tempi, klapan və miokardın iş xüsusiyyətləri – bütün bunlar bu və ya digər insana aid unikal identifikatordur.
Alimlər təklif edilən sistem haqqında daha ətraflı "Information Sciences" jurnalının yeni nömrəsində danışmaq niyyətindədirlər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL