“Samsung” şirkəti “Android 4.0” mobil əməliyyat sistemi ilə işləyən ilk planşetini təqdim edib
“Samsung Electronics” şirkəti “Android 4.0” mobil əməliyyat sistemi ilə işləyən ilk planşetini təqdim edib. “Galaxy Tab 2” (7.0) modeli 7 düymlü 1024x600 piksel təsvir ölçülü maye kristal ekrana malikdir. Yenilik 8, 16 və ya 32 QB daxili yaddaş, həmçinin “3G” və “Wi-Fi” ilə təchiz olunub.
“Samsung Galaxy Tab 2” planşeti 1 QHz takt tezlikli ikinüvəli prosessora, 3 meqapikselli əsas kameraya, 1 QB əməli yaddaşa, “microSD” slotuna, “Bluetooth 3.0” moduluna və 4000 mA/saat tutumlu akkumulyatora malikdir.
Planşetin ölçüləri 194x122x10,5 mm, çəkisi isə 344 qr təşkil edir. Böyük Britaniyada qurğunun satışları 2012-ci ilin mart ayında başlanacaq, sonra isə planşet dünyanın digər ölkələrində əlçatan olacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL