waplog

Neft sahəsində texnoloji proseslərə nəzarət avtomatlaşdırılır


«2011-ci ilin yanvar-dekabr ayları ərzində istehsalat proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması sahəsi üzrə bir sıra uğurlara nail olunub». "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri "28 May" NQÇİ-nin rəisi Rövşən Qarayev söyləyib.

Dübəndi sahəsində görülən işlərdən danışan Rövşən müəllim deyib ki, burada 2 və 3 saylı sobalarda nəzarət ölçü cihazları və avtomatika (NÖC və A) avadanlıqlarının quraşdırılması işləri il ərzində başa çatdırılıb. Təzə parkda 1 və 4 saylı PTB-10 sobalarında da NÖC və avtomatika avadanlıqları quraşdırılaraq işə buraxılıb.

Onun sözlərinə görə, köpüklə yanğınsöndürmə sistemində də avtomatika avadanlıqlarının sazlanması və kompyuterlə idarə edilmə məqsədilə proqram təminatının sistemə uyğunlaşdırılması işləri müvəffəqiyyətlə yekunlaşdırılıb.

R.Qarayev bildirib ki, lay sularının təmizlənməsi qurğusunda avtomatika avadanlıqlarının quraşdırılması və sazlanması işləri başa çatdırılıb. Bundan başqa Neft Daşları Neftin ilkin hazırlanması və nəqli sexində yeni alınmış avtomatik idarə olunan PTB-10/64 tipli iki ədəd neftqızdırıcı sobada NÖC və avtomatika avadanlıqları quraşdırılıb və istismara buraxılıb.

«Təqdirəlayiq haldır ki, sobaların işə buraxılması və nəzarət avtomatık rejimdə aparılır». Onun sözlərinə görə, "Günəşli" yatağında 4 saylı DDÖ-də alçaq təzyiqli Sıxıcı Kompressor Stansiyasında maye və qaz giriş-çıxış xətlərində avtomatika avadanlıqları quraşdırılıb və sistemin kompyuter vasitəsi ilə idarə olunması təmin edilib: «Bundan başqa 13 və 19 saylı özüllərdə texnoloji proseslərə nəzarəti artırmaq məqsədilə neft və qaz xətlərinin parametrləri kompyuterə çıxarılıb».
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL