Xəzər rayonunun bir çox ərazilərində yaşayış evləri və ofislər sürətli internetlə təmin olunub
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Xəzər TQ-nin xidməti ərazisində əhalinin internet xidmətlərinə olan tələbatını nəzərə alaraq internet portlarının sayını artırıb.
Xəzər TQ-nin rəisi Cavid Həsənovun “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, qovşağın EATS-lərində genişzolaqlı yüksəksürətli internet avadanlıqları quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.
Belə ki, 3878 ADSL portu artırılmaqla ümumi istifadəçilərin sayı 7000 nömrəyə çatdırılıb. Bununla da Xəzər rayonunun bir çox ərazilərində yaşayış evləri və ofislər sürətli internetlə təmin olunub.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL