waplog

Yerli mobil operator müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək üçün ofislərinin sayını artırır


“Azercell Telekom” MMC-nin regionlarda “Azercell Exspress” ofislərinin sayı 22-yə çatıb. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, şirkət sonuncu belə mərkəzi Gədəbəydə istifadəyə verib.

Müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə “Azercell Ekspress” ofislərinin sayını artırmaqda israrlı olan şirkət Gədəbəydə fəaliyyətə başlayan “AzEx” ofisindən, eyni zamanda, Şəmkir və Tovuz rayonunun sakinləri də istifadə edə bilirlər.

Qeyd edək ki, şirkət bütün regional filiallarda “bir nöqtədə üç xidmət”(“one-stop shopping”) konsepsiyası ilə fəaliyyət göstərir. Bu konsepsiyaya əsasən, abonent “Azercell Ekspress” ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər.

Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.  “Azercell” şirkəti tək Azərbaycanda deyil, bütün regionda “bir nöqtədə üç xidmət” konsepsiyasını təqdim edən ilk şirkətdir.
Xatırladaq ki, “Azercell”in Bakıda da 16 “Ekspress” ofisi fəaliyyət göstərir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL