waplog

Daşınmaz əmlakla bağlı elektron arxivlər yaradılır


Süni maneələrin aradan qaldırılması, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların və sənədlərin internet şəbəkəsi vasitəsi ilə əldə olunması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində şəffaflığın artırılması və korrupsiyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir.

Əmlak üzərində hüquqların dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyəti və bu sahədə operativliyin artırılması da gündəmdədir.

Bu məqsədlə ərazi idarələri müasir informasiya kommunikasiya texnologiyaları ilə təchiz olunub, yeni ərazi binaları tikilib istifadəyə verilib, işçilər mütəmadi treninqə cəlb edilib. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə elektron arxivlər yaradılır, avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi tətbiq edilir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə ƏMDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. Onun sözlərinə görə, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası da həyata keçirilir.

Belə ki, daşınmaz əmlakın təsvirinə, qeydiyyata alınmış hüquqların və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair, eləcə də reyestrdə şəxslərin adına əmlakın olub-olmaması barədə arayışların verilməsi elektron şəkildə həyata keçiriləcək. Bundan başqa, sözügedən arayışların verilməsi üçün ərizələrin qəbulu da elektronlaşdırılacaq ki, hazırda da komitədə bu istiqamətdə işlər aparılır.
 
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL