waplog

“Nokia” Yaponiyada biznes fəaliyyətini dayandırır


“Nikkei Business Daily” qəzetinin məlumatına görə, avqust ayınadək dünyada ən böyük mobil telefon istehsalçısı olan Finlandiyanın “Nokia” şirkəti yapon mobil bazarını tərk edəcək. Şirkətin bu addımı atmasına səbəb “Nokia” məhsullarının Yaponiyada məşhur olmamasıdır.
Belə ki, şirkət Yaponiyadakı satışları tamamilə məhdudlaşdırmaq niyyətindədir. Bu qərar qiymətli “Vertu” telefonları istehsal edən “Nokia”nın elit bölməsinə də aiddir. İndi Yaponiyada orijinal “Vertu” telefonları yalnız Tokio və ən nüfuzlu Şibuya və Qinza rayonlarında satılır.
“Nokia”nın yapon mənbələrinə istinadən “Nikkei” yazır ki, yerli bazarda “Vertu” telefonlarının məşhurluğu smartfon satışlarının artması fonunda əhəmiyyətli dərəcədə azalıb. Qəzet, həmçinin bildirib ki, avqust ayının sonuna kimi “Nokia”nın “NTT DoCoMo” operatoru ilə şəbəkə infrastrukturunun qismən xidməti üzrə razılaşması bitir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL