waplog

“Google” şirkəti Sevgililər Gününü qeyd edir


Dünyanın ən böyük axtarış sistemi olan “Google” şirkəti bu gün, fevral ayının 14-ü tarixində Sevgililər Gününü qeyd edir. Saytın əsas səhifəsində ənənəvi loqo bayram loqosu (dudl) ilə əvəzlənib.
“Google” şirkəti xüsusi olaraq Sevgililər Günü üçün bayram loqosu hazırlayıb. Loqoya klik etdikdə kiçik cizgi filmi göstərilir.

Cizgi filmi bitdikdən sonra sistem istifadəçini "müqəddəs Valentin Günü" sorğusu üzrə axtarışın nəticələri olan səhifəyə yönləndirir.

Məlumat üçün qeyd edim ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqonu dudl ilə bayramlar, həmçinin əlamətdar tarixi hadisələr ilə bağlı dəyişdirir.






EMİL




 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL