İlk “GSM” zəng 20 il əvvəl edilib
“GSM” mobil əlaqəsi texnologiyası bu gün öz 20 illiyini qeyd edir. 1991-ci il iyul ayının 1-də ilk belə zəng Finlandiyadan İsveçə edilib. Bu gün “Nokia”, “Ericsson” və “Nokia Siemens” şirkətləri bu tarixlə əlaqədar bayram tədbirləri keçirirlər. “GSM” ilk əvvəl standart yaradan analiz qrupunun adına görə “Groupe Spécial Mobile” kimi ifadə olunurdu. İndi o, “Global System for Mobile Communications” (Mobil rabitə üçün Qlobal Sistem) kimi tanınır.
Sistemin hazırlanmasına 1982-ci ildə Avropanın 26 milli telefon şirkətindən ibarət qrup tərəfindən başlanıb. Poçt və telekommunikasiya administrasiyalarının Avropa konfransı (CEPT) bütün Avropa ölkələri üçün “900 MHz” diapazonda vahid mobil sistemini qurmağa çalışıb.
1989-cu ildə Standartlar üzrə Avropa Telekommunikasiya İnstitutu “GSM”-in sonrakı inkişafı üçün məsuliyyəti öz üzərinə götürüb. 1990-cı ildə ilk tövsiyələr dərc edilib. Spesifikasiya 1991-ci ildə dərc edilib. “GSM” ticarət şəbəkələri Avropa ölkələrində 1991-ci ilin ortalarında tətbiq olunub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL