Göyçayın kənd və qəsəbələrində NGN ATS-lər qurulub
"Aztelekom"İB tərəfindən Göyçayda rabitə şəbəkəsinin ən müasir NGN texnologiyası əsasında tamamilə yenidən qurulması rayon rabitəsinin yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu barədə "İCTnews.az" elektron xəbər xidmətinə Göyçay Telekommunikasiya Qovşağının rəisi İslam Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda Göyçayda mərkəzi stansiyadan başqa 16 kənd və qəsəbədə Sloveniyanın "İskratel" şirkəti istehsalı olan ən müasir NGN texnologiyalı ATS-lər qurulub. Bundan başqa rayonun 10 kəndində Türkiyənin "KAREL" şirkətinin istehsalı olan stansiyalar qurulub.
Göyçay rayonu üzrə mərkəzdə və kəndlərdə stansiyaların birləşdirici xətləri optik kabellərlə təmin olunub ki, bu da sakinlərə keyfiyyətli telefon rabitəsi xidməti ilə yanaşı, bütün multimedia xidmətlərinə çıxışının təmin olunması deməkdir. Hazırda rayonda internet xidməti təqdim edən "DATA Plus" MMC və "Aztelekom.net" internet provayderlərin abunəçilərinin sayı durmadan artır.
Rayonun mərkəzi məktəblərində şagirdlərin maariflənməsi məqsədilə mərkəzi ATS-də Azərbaycan Elm və təhsil şəbəkələri assosiasiyasının – "Azedunet"-in transmissiya avadanlığı quraşdırılıb və onun köməyi ilə məktəblərin beynəlxalq internet şəbəkəsinə çıxışı təmin edilib.
Qeyd edək ki, rayon şəbəkəsinin müasir texnologiya əsasında qurulması digər qurumların da modern xidmətlərlə təmin olunmasına şərait yaradır. Belə ki, Beynəlxalq Bank, rayon polis şöbəsi, tədris mərkəzi, rayon icra hakimiyyəti, ƏSMM, 9 saylı ərazi vergilər idarəsi, "AzNar"şirkəti mərkəzi ATS-ə optik kabellərlə qoşulub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL