waplog

“Apple” şirkəti 2011-ci ildə rəqiblərindən daha çox smartfon satıb


“Apple” şirkəti dünyada ən böyük smartfon satıcısı olub. Şirkət 2011-ci ildə 89,26 milyon “iPhone” smartfonu satıb. “Gartner” analitik şirkətinin tədqiqatında belə qeyd edilib.
Ümumilikdə 2011-ci ildə 472 milyon smartfon satılıb. 2010-cu il ilə müqayisədə smartfon satışları 58% artıb.

“IDC” analitik şirkəti isə 2011-ci ilin nəticəsinə görə, Cənubi Koreyanın “Samsung” şirkətini smartfon bazarının lideri adlandırıb. Lakin “Gartner”-dən fərqli olaraq, “IDC” şirkətinin mütəxəssisləri aparatların satışını deyil, bazara tədarük həcmini hesablayıb.

“Apple” şirkəti 2011-ci ilin dördüncü rübündə təxminən 35,46 milyon “iPhone” smartfon satıb. Ümumilikdə rüb ərzində smartfon istehsalçıları 149 milyon qurğu satıblar. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 47.3% artıb.

“Google Android” platforması 2011-ci ilin dördüncü rübündə smartfonlar üçün əməliyyat sistemləri arasında 50.9% pay ilə liderlik edib. Sonra “iOS” platforması gəlir. Bu platforma “iPhone” smartfonunda işləyir və onun bazar payı 23,8%-dir. 11,7% bazar payı ilə “Symbian” platforması üçlüyü  tamamlayır.




EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL