waplog

Koreya Azərbaycan poçtunda monitorinqlərə başlayıb


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) "Azərpoçt" MMC-nin Poçt Daşıma Mərkəzində (PDM) poçtun çeşidlənməsi işinin avtomatlaşdırılması üçün qrant ayıracaq. Bu barədə agentliyin Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk "Azərpoçt" MMC-də olarkən razılıq əldə olunub.

Hazırda layihənin həyata keçirilməsi üçün şirkətin nümayəndələri: Kim Eun-suk, Kim Min Hee, Jung Chang-yoo və Oüen J Lee Azərbaycan poçtunda poçtdaşıma sahəsində monitorinqlər aparır. İlkin nəticə həftə sonu, son nəticə isə adı çəkilən şirkət tərəfindən ətraflı təhlillər aparıldıqdan  sonra məlum olacaq.        
 Bu Layihə hər şeydən əvvəl, bütün növ poçt göndərişlərinin (məktub, bağlama, banderol və digər növ standartlaşdırılmış poçt göndərişləri) avtomatlaşdırılmış emalını, çeşidlənmə işinin insan əli ilə deyil avadanlıqlar vasitəsilə aparılmasını və bununla da poçtun emalına sərf edilən vaxtın maksimum qısaldılmasını və opetativliyin daha da artırılmasını təmin edəcəyi nəzərdə tutur.

 Eyni zamanda PDM-də quraşdırılmalı olan mail printer və zərfləyicilər vasitəsilə banklardan elektron yolla daxil olan faylda yerləşən bank hesab çıxarışları bank sirri tam qorunmaqla avtomatik zəfrlərə yerləşdirilə və ünvanlar üzrə çeşidlənərək ünvanlana bilər.

Hesablamalara görə bu xidmətin normal qurulması halında "Azərpoçt" MMC-nin məktub göndərişlərinin həcmi təkcə bank hesab çıxarışlarının hesabına ildə 10 milyon ədədə qədər arta bilər ki, bu da bütün məktub korrespondensiyasının illik həcmindən təxminən 2 dəfə çoxdur.

"Poçt göndərişlərinin avtomatlaşdırılmış emalı" layihəsinin həyata keçirilməsi ilə "Azərpoçt" MMC poçtun PDM-də emalı xərcinin azaldılması, avtomatlaşdırılmış çeşidləmənin hesabına poçtun çatdırma müddətinin qısaldılması, çeşidləmə zamanı insan səhfindən qaynaqlanan səhflərin minimuma endirilməsi, bank hesab çıxarışlarının çatdırılması hesabına illik məktub korrespondensiyasının həcminin 2-3 dəfə artırılması, poçt göndərişlərinin izlənməsi işinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış izləməyə keçidin əldə edilməsinə nail olacaq.

 Bundan başqa "Azərpoçt"MMC regionda daha geniş şəbəkəyə malik olan Milli Operator kimim bir çox əlavə keyfiyyətlər də qazanmış olacaq ki, bütün bunlar müəssənin gələcək inkişaf perspektivlərinə də təsir edəcək.

Belə ki, müəssiə həmçinin poçt göndərişlərinin həcminin hazırki səviyyədən 10 dəfəyədək artırılması, poçt göndərişlərindən kütləvi şəkildə istifadə edən iri dövlət təşkilatlarının və digər korporativ müştərilərin markalayacı maşınlarla təmin edilməsi hesabına poçt ödəniş nişanlarına sərf edilən xərclərin azaldılmasını, hibrid poçt xidmətlərinin tətbiqinin genişləndirilməsi, poçt infrastrukturunun daha da təkmilləşdirilməsi, poçt xidmətlərindən əldə olunan gəlirlərin artırılması kimi mütərəqqi keyfiyyətlər də əldə edəcək.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL