waplog

“Rabitə - Bakı”nın rəqibləri müəyyənləşib


Avstriyanın paytaxtı Vyanada qadın voleybol komandaları arasında keçiriləcək Çempionlar Liqası yarışlarının püşkatma mərasimi keçirilib. Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytında yerləşdirilən məlumata görə, ölkəmizi bu mötəbər yarışda təmsil edəcək Bakının “Rabitə” və “Azərreyl” klublarının rəqibləri müəyyənləşib.
Belə ki, ölkə çempionu “Rabitə” klubu “Fənərbaxça” (Türkiyə), “Mulyuz” (Fransa) və “Drezdner” (Almaniya) komandaları ilə B qrupunda mübarizə aparacaq. D qrupunda isə “Azərreyl” klubu “Berqamo” (İtaliya), “Vakıf Güneş Telekom” (Türkiyə) və “Tomis” (Rumıniya) komandaları ilə qarşılaşacaq. Qeyd edək ki, mötəbər yarışın “Dördlər finalı” isə Bakıda keçiriləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL