waplog

Azərbaycanla BƏƏ arasında İKT sahəsində danışıqlar aparılıb


Azərbaycana səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Xarici işlər naziri Şeyx Abdulla bin Zahid Əl-Nahyanın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı rəsmi səfərlərin, imzalanmış sənədlərin, iki ölkə arasında İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb.  

Əlaqələrin daha da inkişaf etdirilməsi üçün kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları, turizm, alternativ və bərpa olunan enerji və s. sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya imkanlarından yararlanmaqla ölkə iqtisadiyyatına investisiya qoyuluşu imkanları qonaqların diqqətinə çatdırılıb. Görüşdə həmçinin, müştərək investisiya fondlarının yaradılması və bu fondlar vasitəsilə digər ölkələrə investisiya qoyuluşu müzakirə edilib.




SEYMUR 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL