Bu il İKT üzrə təlimlərdə 20.000-dən çox müəllim iştirak edəcək
Bu il “Mədəd” humanitar təşkilatının İKT sahəsi üzrə apardığı təlimlərdə 20.000-dən çox müəllimin iştirakı gözlənilir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Mədəd” təşkilatından məlumat verilib. Qurumdan qeyd edilib ki, təlimlər Bakı ilə yanaşı, regionlarda da keçiriləcək.
Hazırda davam edən builki təlimlərdən biri “Təhsil sisteminin inzibati-idarəetmə və pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılması” ilə bağlıdır: ”Layihəyə əsasən, təhsil sisteminin inzibati-idarəetmə heyəti “Relief İnternational-Schools Online” (Rİ-SOL), “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, İntel “Gələcək üçün Təhsil” və Elektron resurslar (“Madad” HTİB) təlim vəsaitləri haqqında məlumatlandırılacaqlar”. Bundan başqa, hazırda Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş təlim xidmətləri, eləcə də Məlumat Toplama Mərkəzindən istifadə üzrə təlimlər davam etdirilir.
Builki təlimlər sırasında seçilmiş pilot məktəblərin pedaqoji heyəti üçün “1 şagird -1 kompyuter”, “Həmkara Dəstək”, “Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması” layihələri də gerçəkləşdirilir.
Təşkilatdan müəllimlər tərəfindən təlimlərə ildən-ilə marağın artdığı da vurğulanıb: ”Marağın artmasını ötən il təlimlərdən keçmiş müəllimlərin müsbət münasibəti də təsdiqləyir. Hələ ki, təlimlərlə bağlı bu günə qədər heç bir problem yaranmayıb”.
Onu da qeyd edək ki, “Mədəd” humanitar təşkilatı “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın reallaşdırılmasında Təhsil Nazirliyinin əsas tərəfdaşlarından biridir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL