Pentaqonun kosmik büdcəsi 2013-cü ildə 22 faiz azaldılacaq
Ağ Evin saytında dərc edilmiş məlumata əsasən, Amerikanın məxfi sayılmayan hərbi proqramlarının maliyyələşdirilməsi gələn maliyyə ilində 22 faiz azaldılaraq 8 milyard dollar təşkil edəcək.
Məxfi hərbi kosmik proqramların büdcəsi ənənəvi olaraq dərc edilmir. Pentaqona kosmik proqramları azaltmaq və ya bir hissəsindən imtina etmək tövsiyə olunub.
Məsələn, buraxılan peyklərin və raket-daşıyıcıların istehsalına sifarişlərin sayını azaltmaq, həmçinin “DWSS” (Defense Weather Satellite System) peyk sisteminin genişləndirilməsindən imtina etmək tövsiyə olunub. ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) rəsmi olaraq hələ yanvarın 17-dən bu proqramın reallaşdırılmasından imtina edib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL