“Samsung” “Apple”ə qarşı iddiadan imtina edib
“Samsung Electronics” şirkəti “Apple” şirkətinə qarşı cavab patent iddiasından imtina edib. Qeyd edək ki, Koreya şirkəti “Apple” şirkətini özünün patentlənmiş hazırlamalarına hüquqların pozulmasında ittiham edirdi. “Samsung” şirkətinin iddiası “Apple” şirkəti tərəfindən irəli sürülmüş iddiaya cavab idi. “Apple” şirkəti “Samsung”u “Galaxy S” və “Galaxy Tab” məhsullarında “iPhone” və “iPad” dizaynını köçürməkdə ittiham edir.
“Samsung Electronics” "hüquq prosedurlarını sürətləndirmək üçün" iyun ayının 30-da iddiasından imtina etdiyini bildirib. “Bloomberg”in mətbuat katibi Ki Yunq bildirib ki, “Samsung” “Apple” tərəfindən irəli sürülmüş iddiaya qarşı öz hüquqlarını Kaliforniya şəhəri San-Xose məhkəməsində müdafiə etməyə davam edəcək. Bu gün mobil bazarda rəqabət aparan 2 şirkət arasında təhqiqatlar Cənubi Koreya, Yaponiya, Almaniya, Böyük Britaniya və ABŞ daxil olmaqla 5 ölkədə aparılır. "Samsung” öz intellektual mülkiyyətini fəal müdafiə etməyə davam edəcək".
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL