waplog

“Bakcell” “Alıb yoxla, tapıb topla” lotereyasının qalibini elan edib


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti böyük məmnuniyyətlə elan edir ki, fevralın 15-də “Alıb yoxla, tapıb topla” lotereyasının qalibinə lotereyanın əsas prizini – “Mercedes-Benz C 250” avtomobilini təqdim edib.

Bu şanslı şəxs Tural Bağırov olub. Qalib Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Münsiflər heyətinin iştirakı ilə keçirilən lotereyada məlum olub.


Avtomobilin açarlarını qalibə təqdim edən “Bakcell” şirkətinin baş kommersiya direktoru Krasimir Genov şirkətin müştəri məmnuniyyətinə ciddi önəm verdiyini deyib: “Bu cür kampaniyalar vasitəsilə biz abunəçilərimizə  “Bakcell”dən qiymətli hədiyyələr qazanmaq imkanını yaradırıq. Kampaniyalarımızın şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. Biz abunəçilərimizə bildirmək istəyirdik ki, 2012-ci ildə bu cür kampaniyalar davam etdiriləcək”.

Lotereyanın qalibi Tural Bağırov belə bir şansın ona qismət olacağına inanmadığını deyib: “Qalib olacağım ağlıma belə gəlməzdi. Mən alıb yoxladım, tapıb topladım və qalib oldum. Bu şansı yaratdığı üçün “Bakcell” şirkətinə təşəkkür edirəm”.

Xatırladaq ki, “Alıb yoxla, tapıb topla” kampaniyası 10 dekabr 2011-ci il - 10 yanvar 2012-ci il tarixlərini əhatə edib. Kampaniyada iştirak edən “Bakcell” abunəçiləri həmçinin noutbuk, mobil telefon, “iPad”, “iPod”, “USB” modemləri və çoxsaylı ödəmə və internet kartı kimi hədiyyələr qazanıblar.

Lotereyanın şərtlərinə görə, müxtəlif dəyərdə olan 4 “Bakcell” ödəmə kartını təqdim edən abunəçilər maşın uduşu üçün keçirilən lotereyada iştirak etmək hüququ qazanıblar.  
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL