Ölkədə kompyuter və digər elektron avadanlıqlarının istehsalı 15,8 dəfə artıb
Bu ilin yanvarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 3,1 milyard manatlıq sənaye məhsulu istehsal ediblər. Məhsulun 77,9 faizi mədənçıxarma bölməsində, 15,8 faizi emal bölməsində, 5,8 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
"İCTnews" elektron xəbər xidməti bildirir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda vurğulanır ki, sənayenin emal bölməsində məhsul istehsalı 7,9 faiz, bölmənin məhsullarından qida məhsulları istehsalı 8,5 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 57,2 faiz, poliqrafiya fəaliyyəti 47,0 faiz, rezin və plastmas məmulatları istehsalı 75,4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 84,6 faiz, hazır metal məmulatları istehsalı 95,8 faiz, kompyuter və digər elektron avadanlıqları istehsalı 15,8 dəfə, maşın və avadanlıqların istehsalı 30,6 faiz, sair nəqliyyat vasitələri istehsalı 21,3 faiz, mebel istehsalı 3,4 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 6,3 dəfə artıb.
«Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 25,3 faiz, elektrik enerjisi istehsalı isə 16,3 faiz artaraq 2,2 milyard kVt.saat elektrik enerjisi istehsal edilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 11,6 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,4 faiz artıb, neft sektorunda isə 2,7 faiz azalıb».
Komitənin məlumatına görə, yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,1 faiz bahalaşıb. Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 102,7 faiz təşkil edib.
Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,7 faiz bahalaşıb. Yanvar ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,8 faiz təşkil edib.
Bu bölmədə istehsalçı qiymətləri maşın və avadanlıqların istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, geyim istehsalı üzrə 0,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,1 faiz bahalaşıb, kimya sənayesi üzrə 4,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,1 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL