waplog

"Eurovision 2012" müsabiqəsinə gələn qonaqları robotlar qarşılayacaq


"Eurovision 2012"mahnı yarışmasına nə az, nə çox düz 100 gün qalır. Bakı minlərlə Avropalını necə qarşılayacaq, hazırlıqar necə gedir? Ölkəyə gələcək turistlərin üzünə ilk açılan Heydər Əliyev adına Hava Limanıdır.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, "Eurovision 2012" Mahnı yarışmasının iştirakçıları və qonaqlara xidmət göstərilməsi üçün xüsusi tədibirlər planı hazırlanıb, işçi qrupu yaradılıb. Məhərrəm Səfərlinin sözlərinə görə, hazırda hava limanında təmir işləri gedir, tərtibat yenilənir, ərazi genişləndirilir. Bundan başqa uçuş heyyəti, bələdçilər, mühafizə xidməti əməkdaşları və digərləri üçün ingilis dilində kurslar təşkil olunub:

"Hava limanında robot adamlar quraşdırılacaq. Qonaqlar sərhəd xidmətindən keçən kimi həmin robotlar onları istiqamətləndirəcək, məsələn deyəcək ki, kafeyə nəcə getmək olar, çıxışa necə keçmək olar və s. Hava limanı ərazisində təhlükəsizlik barədə informasiyalar verəcəklər. Şimal və Cənub terminalınlarının çıxışında, departasiya zalında, əsas zalda bu robotlar yerləşdiriləcək".

Məhərrəm Səfərli deyir ki, xarici qonaqlar avtobuslarla şəhərə çatdırılacaq. Bundan başqa aviasiya təhlüksəziliyi, gömrük təşkilatı və viza xidmətinin yüksək səviyyədə təşkili üçün ciddi hazırlıqlar gedir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL