İT nəhənglər “Parallels” şirkətinin “bulud” platformasına qoşulublar
“Google”, “Symantec”, “VMware”, “McAfee” və “Zymbra” kimi şirkətlər daxil olmaqla, ”bulud” əlavələrinin iri istehsalçıları “bulud” əlavələrini şəxsi “bulud” xidmətləri təchizatçıları vasitəsi ilə satmağa imkan yaradan “Parallels” şirkətinin “bulud” platformasına qoşulublar,- cümə günü “Parallels” şirkəti məlumat verib.
“APS” (Application Publishing Standard) təşəbbüsü “bulud” əlavələrinin iri və müstəqil istehsalçılarına kiçik və orta biznes üçün “bulud” xidmətləri təchizatçısı olmağa imkan yaradır. Onlar isə öz növbəsində, bu əlavələri sifarişçilərinə satacaqlar.
Provayderlərin gəlirinin bir hissəsi istehsalçılara birbaşa köçürüləcək, lakin məbləğin konkret ölçüsü razılaşmadan asılıdır. Bugünkü gündə “APS” standartlaşdırmasından 300 əlavə keçib, “Parallels” şirkətinin müştəri bazası isə 5000 provayderdən ibarətdir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL