waplog

Yanvarda Azərbaycanda "e-commerce" bazarının həcmi 76,1 min manat təşkil edib


Yanvarın yekunları üzrə Azərbaycanda "elektron kommersiya" ("e-commerce") bazarının həcmi 76,1 min manat təşkil edib. Bu barədə şənbə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

"E-commerce"in iştirakçıları elektron kommersiya fəaliyyətini həyata keçirən və mal və xidmətlərin alıcıları olan hüquqi və fiziki şəxslərdir.

Ötən dövr ərzində satışların 95,3 faizi hüquqi şəxslər, qalan hissəsi isə fiziki şəxslər tərəfindən həyata keçirilib.

"Elektron komersiya" vasitəsilə satılan məhsullardan 98,3 faizi (74,8 min manat dəyərində) qeyri-ərzaq məhsullarının və 1,7 faizi (1,3 min manat) isə ərzaq məhsullarının payına düşüb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL