waplog

"Kasıblar üçün" nəzərdə tutulmuş planşetin yeni versiyası istehsal ediləcək


"DataWind" şirkəti artıq hökumət proqramı üzrə Hindistana tədarük edilmiş  ucuz "Aakash" planşet kompyuterinin təkmilləşdirilmiş modelini istehsal edəcək.

"Aakash" planşetinin orijinal modeli 366 MHz takt tezlikli "ARM" prosessor, 256 MB əməli yaddaş, 2 QB tutuma malik fləş daşıyıcı, "MicroSD" slotu, 7 düymlü 800×480 nöqtə təsvir ölçülü sensor ekran, "Wi-Fi" və 2100 mA/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. Qiyməti təxminən 35 dollar təşkil edir.
"Aakash" planşetinin ticarət bazarına çıxarılması nəzərdə tutulmuş versiyası isə 700 MHz prosessor ilə təchiz ediləcək.

Əməliyyat sistemi kimi "Android 2.3" quraşdırılıb; avtonom iş müddəti təxminən 3 saat təşkil edir. SİM kart üçün slot nəzərdə tutulub; mobil şəbəkə vasitəsilə məlumatlarla mübadilə etmək mümkündür.


Qurğunun Tayland, Misir, Braziliya və Latın Amerikasına tədarük ediləcəyi gözlənilir. Qiyməti təxminən 50 dollar təşkil edəcək.



EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL