“LG” şirkəti yeni smartfon təqdim edib
Koreyanın “LG Electronics” şirkəti bu gün, fevral ayının 20-də yeni “Optimus Vu” smartfonunu təqdim edib. Smartfon “LTE” şəbəkələrində işləyə bilir və 5 düymlü ekrana malikdir. İstehsalçı qeyd edib ki, yenilik xüsusi olaraq multimediaya baxmaq və elektron kitablar oxumaq üçün optimallaşdırılmış ekrana malikdir.
Yeni smartfon rəsmən fevral ayının 27-si tarixində açılışı olacaq “Mobile World Congress” (MWC) sərgisində təqdim ediləcək. Lakin “LG” şirkəti bildirib ki, “Optmius Vu” smartfonu mart ayında Koreyada satılmağa başlayacaq, dünya bazarına isə cari ildə bir qədər sonra çıxarılacaq. Qiyməti haqqında informasiya hələlik yoxdur.
“LG” şirkətinin verdiyi informasiyaya əsasən, aparatın uzunluğu 139,6 mm, eni 90,4 mm, qalınlığı isə təxminən 8,5 mm təşkil edir. Aparat ekranının baza təsvir ölçüsü 1024x768 piksel təşkil edir. Belə təsvir ölçüsü filmlərə rahat şəkildə baxmağa imkan verir. “LG” şirkəti qeyd edib ki, təqdim edilən smartfon hazırda bütün mövcud “LTE” aparatları arasında ən naziyidir.
Qurğu 1,5 QHs takt tezlikli ikinüvəli çip əsasında işləyir, 32 Qb daxili yaddaşa və 1 Qb “DDR2” əməli yaddaşa malikdir. Aparatın ön kamerası 1,3 meqapikseldir. Buna görə “Skype” vasitəsilə video rejimində rahat əlaqə saxlamaq mümkündür. Arxa kamera 8 meqapiksel təşkil edir. “Optimus Vu” smartfonu ilk əvvəl “Android 2.3” əməliyyat sistemi ilə tədarük ediləcək. Lakin sonradan “Android 4.0”-a qədər yeniləmək mümkün olacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL