waplog

Fiziklər fosfor atomundan işlək tranzistor yaradıblar (VİDEO)


Materiyanın əsas elementi olan atom artıq yaxın gələcəkdə hesablama vahidinə çevrilə bilər. Alimlər tarixdə ilk dəfə olaraq fosforun bir atomunu silisium lövhəsinə yerləşdirməyi bacarıblar və bu konstruksiya tranzistor kimi işləyir.

ABŞ-ın Merilend ştatında yerləşən universitetin fiziki Bryus Keyn bildirib ki, atomdan tranzistor kimi istifadə fundamental olaraq yeni yanaşma deyil, çünki alimlər artıq uzun müddətdir ki bu istiqamətdə işləyirlər, lakin yenilik ondan ibarətdir ki, atomu təcrübədə silisium lövhəsinə dəqiq yerləşdirmək mümkün olub.


"Bu, tamamilə fantastik yanaşmadır" - o bildirib. "İstehsal metodlarının inkişafı gec-tez ona gətirib çıxaracaq ki, biz materiyanın ən xırda elementlərindən elektron həllər yaradacağıq.

Belə çiplər isə hesablama konsepsiyalarını tamamilə alt-üst edəcək. Hazırda bəşəriyyətin bu qədər kiçik ölçüdə hesablama həllərinin yaradılmasına ehtiyacı yoxdur, lakin gələcəkdə ola bilər. Buna heç bir şübhə yoxdur".


Müasir prosessorlarda tranzistorlar ikili informasiya vahidləri ilə işləyən ən sadə fərdi hesablama vahidləri rolunu yerinə yetirirlər. Tranzistorların ölçüləri nə qədər kiçik olsa, o qədər daha çox belə hesablama blokunu çipdə yerləşdirmək mümkün olacaq. Və nəticədə prosessorun məhsuldarlığı daha yüksək  olacaq.

Bununla belə, alimlər bildiriblər ki, onların hazırlaması hələ ki yalnız konsepsiyadır. Lakin bu konsepsiya artıq təcrübədə işləyən atom-tranzistorun yaradılmasına görə əhəmiyyətlidir.






EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL