waplog

“Dilmanc” “109” məlumat xidmətinə inteqrasiya olunur


“Dilmanc” sistemi “109”  informasiya bazasına inteqrasiya olunacaq. Bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən verilən məlumatda bildirilir.

Buna qədər isə bəzi texnoloji təkmilləşdirmələr aparılmalıdır. "109" xidməti bazasında olan müəssisə və təşkilatların bəzisinin adları qısaldılıb. Maşın tərəfindən bu adları oxuyub tərcümə etməsində problem var.

Qeyd edək ki, “Dilmanc”ın keyfiyyətli səslənmə və ədəbi tələffüz funksional sistemləri nitqin 90 faiz dəqiqliklə tanınmasına imkan verir. Səhv nəticələr müxtəlif regionlarda əhalinin nitqindəki dialekt fərqləri, eləcə də loru sözlərlə əlaqədardır.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL