Gəncə bölgəsi də telefon haqlarını bankomatlarda ödəyəcək
Telefon danışıq haqlarını plastik kartlarla bankomatlarda ödəmək abonentlərin işini asanlaşdıracaq . Bu istiqamətdə işlər Gəncə və ətraf rayonlarda da həyata keçirilir. Gəncə Telekommunikasiya İdarəsinin baş mühəndisi İsrail Məmmədov bildirib ki, işlərin həyata keçirilməsi məqsədilə müvafiq qurumlarla müqavilə imzalanıb.
Onun sözlərinə görə, ölkənin ikinci şəhərində layihənin həyata keçirilməsi əlavə vaxt itkisinin qarşısının alınmasına, ödənişlərin tez bir zamanda həyata keçirilməsinə, bununla da xidmət keyfiyyətinin bir qədər də yüksəlişinə şərait yaranacaq. Sistemin tətbiqindən sonra abunəçilər şəhərlərarası və beynəlxalq danışıq haqlarını ödəmək üçün, abunə şöbələrinə gəlmədən "Kapital Bank"ın bankomatlarında plastik kart vasitəsi ilə ödəniş apara bilərlər. Plastik kart vasitəsi ilə ödəniş sisteminin Bakı şəhərində tətbiqi 2006-cı ilin yanvarından başlanılıb.
İ.Məmmədov bildirib ki, abonentlərdən 1 faiz həcmində xidmət haqqı tutulacaq.
Hazırda Gəncədə 12 ATS fəaliyyət göstərir ki, onların da hər biri elektronlaşıb. Abonentlərin sayı isə 55 min nəfərdir. İdarədən bildirilib ki, yaxın zamanlarda bu sayın 65 minə çatacağı gözlənilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL