“Barama” İnnovasiya Mərkəzi proqramçılar üçün müsabiqə elan edir
"Azercell"in "Barama" layihəsi çərçivəsində proqramçılar üçün müsabiqə elan olunur. Müsabiqənin əsas məqsədi – müxtəlif platformalar üçün proqramlar yazacaq gəncləri bir yerə toplayıb nəticədə yerli mobil applikasiyalar bazarının inkişafına dəstək olmaq və ümumi olaraq, İKT sahəsinin inkişafına təkan verməkdir.
Gənclər müsabiqədə iştirak etməklə öz biliklərini real olaraq tətbiq etməklə təcrübə qazanacaq, proqramlaşdırma sahəsində öz ideyalarını reallaşdırmaq imkanı əldə edəcək, mobil məzmunların yaradılması və müxtəlif platformaların iş prinsipi ilə yaxından tanış olacaqlar.
Müsabiqədə iştirak etmək istəyənlər üçün tələblər:
İştirakçı yaradıcı, təşəbbüskar və öz qabiliyyətinə güvənən olmalıdır;
"Android", "IOS", "Bada", "Symbian", "Blackberry" platformaları üzrə biliklər;
Sosial Media veb-saytları üçün proqramları inkişaf etdirmə bilikləri;
Yaradılacaq proqram və applikasiyalarda dəyişiklik və əlavələr edilməsi imkanının olması;
SMPP, CCN və SMTP üzrə biliklərin olması üstünlükdür;
Mobil məzmunların yaradılmasi sahəsində təcrübəsi olanlara üstünlük veriləcək;
Gündəlik vaxtının müəyyən hissəsini bu layihəyə sərf edə bilməlidir.
Bu müsabiqədə iştirak etmək istəyənlər öz CV-sini "Barama" layihəsinin "barama@azercell.com" e-mail ünvanına göndərə bilərlər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL