“Panasonic” şirkəti apreldə yeni smartfonunun satışlarına başlayacaq
Yaponiyanın ən iri elektron texnika istehsalçılarından biri “Panasonic” şirkəti smartfon bazarına qayıdacaq. Şirkətin “Eluga” məhsulunun Avropada satışları aprel ayında başlanacaq,- şirkətin nümayəndəsi Tuncay Tunç xəbər verib.
Şirkət Avropada növbəti maliyyə ili (aprel ayında başlayır) ərzində 1.5 milyon “Eluga” smartfonu satmağı planlaşdırır, bazar ertəsi Hamburqda açılmış hər il keçirilən “Panasonic Convention” konfransında “Panasonic” şirkətinin Avropa bölməsinin baş direktoru Loren Abadi bildirib.
"Satışlar ilk əvvəl Almaniya, Hollandiya, İtaliya və Türkiyədə başlanacaq, qurğunun qiyməti regiondan asılı olaraq 400-450 avro təşkil edəcək" – Tuncay Tunç bildirib.
“Eluga” smartfonu 4,3 düymlü 960x540 nöqtə təsvir ölçülü “OLED” ekranla təchiz edilib və suyun altında 1 metr dərinlikdə işləyə bilir. Aparat 1 QHz takt tezlikli ikinüvəli prosessorla təchiz edilib, 8 QB daxili fləş yaddaş, (yaddaş kartları üçün slot yoxdur), 8 meqapikselli kamera və əvəzsiz batareya ilə təchiz edilib. Qurğunun korpusunun qalınlığı 7,8 mm, çəkisi isə 103 qr təşkil edir.
“Eluga” smartfonuna “Android 2.3” əməliyyat sistemi quraşdırılıb. Lakin sonradan “Android 4” versiyasına qədər yeniləmək mümkündür.
Smartfonun əhəmiyyətli xüsusiyyətlərindən biri “Panasonic” şirkətinin televizorları ilə sıx inteqrasiya olmasıdır. Xüsusi əlavə şəkli smartfonun ekranına bir barmaq toxunuşu ilə simsiz rabitə üzrə televizor ekranında əks etdirməyə imkan verir.
Məlumat üçün qeyd edim ki, “Panasonic” şirkəti Yaponiya xaricində telefon istehsalını 2005-ci ildən sonra dayandırmışdı.
Yaponiyanın digər elektronika istehsalçıları kimi “Panasonic” şirkəti hazırda ağır dövrünü yaşayır. Taylandda baş vermiş daşqın, yenanın mənfi məzənnəsi və rəqiblər tərəfindən təzyiqin artması korporasiyanın maliyyə göstəricilərinin kəskin pisləşməsinə səbəb olub.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL