waplog

Dünyada “Tegra 2” və “Icera” çipləri ilə təchiz edilmiş ilk smartfon


Çinin "ZTE" şirkəti "Mimosa X" flaqman smartfonunu elan edib. Smartfonun təqdimatı Barselonada keçiriləcək "Mobile World Congress 2012" (MWC) sərgisində olacaq.

Qurğu dünyada "NVIDIA Tegra 2" və "Icera" çipləri ilə  təchiz edilmiş ilk smartfon olub. "NVIDIA Tegra 2" çipi qrafikanın təsvirinə, filmlərin oxudulması üçün, ikinci çip isə "HSPA+" modeminin işi üçün məsuliyyət daşıyır.

"Mimosa X" smartfonu cari ilin II rübündə çıxarılacaq. "ZTE" şirkəti modelin qiymətini dəqiqləşdirməyib.
Smartfon 4,3 düymlü 960×540 piksel təsvir ölçülü ekran, 5 meqapikselli kamera, "GPS", "Wi-Fi" və "Bluetooth" modulları, akselerometr, 4 QB daxili yaddaş və "microSD" slotu ilə təchiz olunub. "A2DP", "Dolby" və "DLNA" audioprofilləri dəstəklənir. "Android 4.0" əməliyyat sistemi ilə işləyir.





 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL