“Kapital Bank”ın saytında onlayn müraciət bölməsi istifadəyə verilib
İndiyə qədər müxtəlif məsələlərlə bağlı “Kapital Bank”ın filiallarına və ya 196 nömrəli müştəri xidmətinə müraciət etmək mümkün idi. İndi bankla ünsiyyət imkanı bir qədər də genişlənib.
“Kapital Bank”ın internet səhifəsində onlayn müraciət bölməsi istifadəyə verilib. Hər bir internet istifadəçisi “www.kapitalbank.az” saytında bu bölməyə daxil olmaqla xidmətdən istifadə edə bilər. Bankın əməkdaşları həftənin 7 günü, günün 24 saatı ərzində müraciətləri onlayn rejimdə cavablandıracaq.
Bu xidmət vasitəsilə “Kapital Bank”ın təklif etdiyi xidmət və məhsullar haqqında ətraflı məlumat almaq, müxtəlif məsələlərlə bağlı suallar vermək, qarşıya çıxan bir sıra problemləri operativ şəkildə aradan qaldırmaq olar.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL