waplog

“İntel” yeni prosessorlarının təqdimatını təxirə saldı


Güclü stolüstü kompyuterlər üçün “İntel Sandy Bridge-E” aparat platformasının elanı bu il baş tutmaya bilər. “Sandy Bridge-E 32” aparat platforması üçün prosessorlar 32 nanometr texnologiya əsasında hazırlanacaq. Çip 6 nüvəli və 15 MB keş yaddaşa malik olmalıdır. “İntel X79 Express” sistem məntiq dəsti prosessoru tamamlayacaq. Bu sistem dəsti “PCI Express 2.0, 14 USB 2.0” (USB 3.0 standartı ilə uyğunluq nəzərdə tutulmayıb) portu və 14 “Serial ATA” dəstəyini təmin edəcək.
“Sandy Bridge-E” platforması hər şeydən əvvəl entuziastlərə (bütün qüvvəsilə, böyük şövq və həvəslə işləyən adam), tələbkar istifadəçilərə və oyun həvəskarlarına yönəldilib. O, yüksək məhsuldarlq və yaxşı sürət potensialı təmin edəcək.
Qeyd edək ki, “Sandy Bridge-E” prosessorlarının elanı cari ilin dördüncü rübünə nəzərdə tutulmuşdu. Lakin indi platformanın 2012-ci ilin ilk rübündə işıq üzü görəcəyi bildirilir . Çiplərin 10 –13 yanvarda Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək “CES 2012” sərgisində nümayiş etdiriləcəyi istisna edilmir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL