Rəqəmli TV yayımı ilə bağlı monitorinqlərə başlanılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi rəqəmli televiziya yayımına keçidlə əlaqədar olaraq ayrı-ayrı regionlarda radiomonitorinq işlərinə başlayıb. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə idarənin baş mühəndisi İlham Əfəndiyev məlumat verib.
Onun sözlərinə görə, bir qədər öncə Gəncə, Lerik, Lənkəran bölgələrində keçirilən radiomonitorinq işləri əlverişsiz hava şəraiti ilə əlaqədar yarımçıq qalıb.
Yaxın günlərdə idarə əməkdaşları Şamaxı, Qobustan, Ağsu və Daşkəsən ərazilərində uyğun tədbirlər həyata keçirəcək. Baş mühəndis bildirib ki, monitorinq aparılan ərazilərdə rəqəmli televiziyanın əhatə dairəsi müəyyənləşdirilərək xəritələrə işlənilir və ümumi nəticələrə görə təhlillər aparılaraq rəylər verilir.
Qeyd edək ki, rəqəmli televiziya yayım siqnallarının müəyyənləşdirilib xəritələrə köçürülməsi işləri "Promex HD" analizator avadanlığı vasitəsilə həyata keçirilir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL