waplog

“Dell” şirkəti hesabat verib


“İCTnews” elektron xəbər xidməti “compulenta.ru” resursuna istinadən xəbər verir ki, “Dell” şirkəti 2011-ci ilin dördüncü rübü və 2012 maliyyə ili üzrə hesabatını  dərc edib.

“Dell” şirkəti 3 ay ərzində 16 milyard mədaxil əldə edib. Bu göstərici illik hesablama üzrə 2% çoxdur. Lakin təmiz gəlir 18% (927 milyon dollardan 764 milyona qədər) azalıb.

Kiçik və orta biznes müəssisələri sayəsində “Dell” şirkəti təxminən 4 milyard dollar əldə edib. İstehlak seqmentində mədaxil təxminən 2% azalıb. Dövlət sektorunda tədarüklərdən əldə olunan gəlir 1% azalaraq 3,2 milyard dollar təşkil edib.

“Dell” şirkəti qeyd edib ki, o, 2012 maliyyə ilində bütövlükdə rekord nəticələr göstərib. Mədaxil 62,1 milyard dollar, təmiz gəlir isə təxminən 3,5 milyard dollar təşkil edib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL