“Bakcell”dən “QazanCİN” və “HədsizCİN”
Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti CİN abunəçiləri üçün nəzərdə tutulan daha iki yeni kampaniyaya start verib. Mobil rabitəni daha rahat və sərfəli etmək üçün “Bakcell” şirkəti öz zəngin tarif portfelinə “HədsizCİN” və “QazanCİN” kampaniyalarını əlavə edib.
Kampaniyalar “SevinCİN” və “SevimliCİN” abunəçiləri üçün nəzərdə tutulub. “QazanCİN” kampaniyasına qoşulan abunəçilər şəbəkədaxili zənglərin bir dəqiqəsi üçün 4 qəpik, şəbəkəxarici zənglər üçün 6 qəpik ödəyəcəklər. Kampaniyaya qoşulmaq üçün abunəçilər mobil telefondan *222#1# nömrəsini yığmalıdırlar.
“HədsizCİN” kampaniyasına qoşulmaqla abunəçilər ölkədaxili bütün istiqamətlərə dəqiqəsi sadəcə, 6 qəpik tarifi ilə zəng edə bilərlər. Abunəçilər öz mobil telefonlarından *999#1# nömrəsini yığmaqla kampaniyaya qoşula və çox sərfəli qiymətlə yüksək keyfiyyətli mobil ünsiyyətdən yararlana bilərlər. Hər iki kampaniya 3 ay ərzində 1 iyul 2011-ci il tarixdən – 30 sentyabr 2011-ci il tarixinə kimi davam edəcək.
“HədsizCİN” və “QazanCİN” kampaniyaları ilə yanaşı, “Bakcell” bu yaxınlarda “Yatma, danış” kampaniyasına başlayıb. Bu kampaniyaya qoşulan CİN abunəçiləri isti yay gecələrində saat 00:00-dan səhər saat 08:00-a qədər şəbəkədaxili zəngləri pulsuz etmək imkanı əldə ediblər.
“Biz müştərilərimizin rahatlığı üçün daima yeni güzəştlər haqqında düşünürük. Müştərilərimizə təqdim etdiyimiz yeni kampaniyalar, daha çox ünsiyyətdə olmaq və eyni zamanda öz xərclərinə nəzarət etmək istəyən müştərilərimizə böyük dəyər verməyimizin daha bir bariz nümunəsidir. “Bakcell” abunəçiləri bir daha əmin ola bilərlər ki, biz Azərbaycan mobil rabitə bazarında ən sərfəli tariflər və kampaniyalar təklif edirik”- “Bakcell” şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer belə deyib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL