“İntel” korporasiyası digər şirkətlər üçün mikroçiplər istehsal edəcək
“İCTnews” elektron xəbər xidməti “cybersecurity.ru” resursuna istinadən xəbər verir ki, dünyanın ən böyük mikroprosessor istehsalçısı “İntel” korporasiyası öz istehsal obyektlərinin kənar istehsalçılar üçün açılması imkanını müzakirə edir.
“İntel” şirkətinin mətbuat katibi Çak Malloy bildirib ki, şirkət hazırda 22 nanometr texnoloji prosesə keçid üçün şəxsi obyektlərini müasirləşdirir və bu işlər başa çatdıqdan sonra sifariş üzrə mikroçip istehsalı istiqamətini genişləndirəcək.
Onun sözlərinə görə, bir çox potensial mikroçip sifarişçiləri artıq hazırda "chip-to-order" sazişi bağlamağa və şəxsi mikroçip istehsalı üçün “İntel” korporasiyasının obyektlərindən istifadə etməyə hazırdırlar, lakin şirkət özü hələ bu prosesə hazır deyil. Şirkət əvvəlcə 22 nanometr texnoloji proses üzrə hazırlanan prosessorların leptop və stolüstü fərdi kompyuterlər üçün sınaq partiyasını istehsal etmək niyyətindədir.
“İntel” korporasiyası sifariş əsasında çiplərin istehsal biznesi ilə ilk dəfə 2 il əvvəl məşğul olub. O zaman bu istiqamətlə məşğul olan korporativ bölmə yaradılmışdı. Həmin bölmə bazarı araşdırır, “İntel” korporasiyası və onun imkanlarını təhlil edirdi. Şirkətin mətbuat katibi bildirib ki, “İntel” korporasiyası hələ istehsal biznesinin nə qədər böyük olacağına qərar verməyib, lakin bu biznesin şirkətin gəlirini artıracağına şübhə yoxdur.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL