“HP” şirkətinin mənfəəti azalıb
“İCTnews” elektron xəbər xidməti “ria.ru” resursuna istinadən xəbər verir ki, dünyanın ən iri kompyuter texnikası istehsalçılarından biri olan “Hewlett-Packard” (HP) şirkətinin təmiz mənfəəti 2012 maliyyə ilinin birinci rübündə 44% azalaraq 1,47 milyard dollar təşkil edib,- şirkətin saytında qeyd edilib.
Şirkətin mədaxili birinci rüb ərzində 7% azalaraq 30 milyard dollar təşkil edib.
"Biz maliyyə göstəricilərini yaxşılaşdırmaq, effektivliyi yüksəltmək və qarşıya çıxan imkanları kapitala çevirmək üçün bütün lazımi addımları atırıq" – “HP” şirkətinin baş direktoru Meq Uitman maliyyə nəticələri ilə bağlı şərh verib.
“HP” şirkəti fərdi kompyuter bazarında lider olaraq qalır. Şirkət 2011-ci ilin dördüncü rübündə 14,7 milyon kompyuter tədarük edib. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 16.2% azdır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL