“MobilBank” xidməti bir qədər də təkmilləşir
“AzeriCard” prosessinq mərkəzi “MobilBank” xidmətini bir qədər də təkmilləşdirib. Belə ki, indi bu xidmətə daha da sədələşmiş şəkildə qoşulmaq olar.
“AzeriCard”dan verilən məlumata görə, indi “MobilBank” xidmətinin abonenti olmaq üçün mobil operatorların ofislərinə gedib Sim-kartı dəyişmək və banka müraciət etməyə daha ehtiyac yoxdur, ATM-dən qeydiyyat parolları çap etmək və telefona internet vasitəsi ilə xüsusi midleti yükləmək kifayətdir.
“MobilBank”ın daha bir üstünlüyü odur ki, bu xidmətə tək Azərbaycanda fəaliyyət göstərən mobil operatorları yox, həmçinin xarici mobil operatorlarını qoşa bilərsiniz.
Qeyd edək ki, “MobilBank” xidməti balansı yoxlamaq, hesabdan çıxarışı almaq, kartın oğurlanması və ya itirilməsi hallarında onu bloklaşdırmaq, pulu kartdan karta köçürmək, mobil operatorların, internet provayderlərinin və kommunal şirkətlərinin xidmətlərini ödəmək imkanı yaradır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL