“İntel” proqram təminatına 24 milyon sərmayə yatırıb
“İntel” şirkətinin maliyyə şöbəsi təkcə “İntel Capital 7” proqram təminatı şirkətinə 24 milyon sərmayə yatırıb. Ümumilikdə “İntel” korporasiyası ayrı-ayrı sahələr üzrə ixtisaslaşan bir neçə şirkəti özündə birləşdirir.
Məsələn, “DynamicOps” “bulud” hesablama sistemlərinin avtomatlaşdırılması vasitələrini hazırlayırsa, “enLighted” binaların enerji sistemlərinin idarə edilməsi proqramları, “Guavus” isə real vaxt üçün analitik alətləri üzrə ixtisaslaşıb.
“İp Commerce” “xidmət platforması” modeli ilə işləyən ödəniş sistemləri yaradır. “Swrve New Media” isə oyun və sosial şəbəkələrin analiz üsullarıyla məşğul olur.
“Revolution Analytics” proqnozların təhlili məsələlərini araşdırır, nəhayət “Gaikai” oyun proqramları üçün “bulud” hesablama sistemləri hazırlayır. “Computerworld” nəşrinin məlumatına görə, korporasiya digər törəmə şirkətlərinə ayırdığı vəsaiti hələ açıqlamayıb.
GÜLNAR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL